Mənzil və Kommersiya Tikintisi
- Mənzil və yaşayış komplekslərinin tikintisi
- Kommersiya obyektlərinin, biznes mərkəzlərinin inşası
- Fərdi yaşayış evlərinin və villaların sıfırdan tikintisi
Tikinti, təmir və mühəndislik sahəsində peşəkar həllər. Mənzil və kommersiya obyektlərindən tutmuş interyer dizaynı, fasad sistemləri, istitmə-soyutma-havalandırma, elektrik, santexnika və PVC qapı-pəncərə sistemlərinə qədər bütün mərhələləri bir komanda altında idarə edirik.
Tikinti və təmir sahəsində 5 əsas kateqoriya üzrə tam xidmət spektri təqdim edirik — dizayndan açar təhvilinə qədər.
Pro Construction — 2021 — Bakı şəhərinin Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv ünvanında yerləşən, tikinti və təmir xidmətləri sahəsində ixtisaslaşmış şirkətdir.
Şirkətimiz mənzil və kommersiya obyektlərinin tikintisindən tutmuş daxili interyer dizaynı, fasad sistemləri, cəbhə vitraj konstruksiyaları, istitmə-soyutma-havalandırma, elektrik, santexnika və PVC qapı-pəncərə sistemlərinə qədər bütün mərhələləri vahid komanda altında idarə edir.
Fəaliyyətimiz boyunca Bakı və ətraf ərazilərdə biznes mərkəzləri, otellər, səhiyyə və təhsil müəssisələri, dövlət qurumları və 50-dən çox fərdi yaşayış evi və villanın tikintisi, təmiri və layihələndirilməsi üzrə işləri uğurla tamamlamışıq.
Beynəlxalq standartlara uyğun materiallardan istifadə edərək hər layihəyə yüksək keyfiyyətli yanaşma.
Müəyyən edilmiş müddətlərə və büdcəyə sadiqlik — dediyimizi vaxtında və tam şəkildə yerinə yetiririk.
Təcrübəli komanda, texniki nəzarət və hər mərhələdə şəffaf hesabatlılıq prinsipi ilə işləyirik.
Şirkətin idarəetmə komandası — təcrübəli mütəxəssislər tərəfindən idarə olunur.
Şirkətin ümumi idarəetməsi, strateji planlama və layihələrin icrası üzrə məsul şəxs.
Memarlıq həlləri, layihələndirmə və texniki nəzarət proseslərinə rəhbərlik edir.
Müxtəlif sahələr üzrə tamamladığımız layihələrdən seçmələr.
Mənzil və kommersiya obyektlərinin tikintisi, fərdi yaşayış evləri və villalar, biznes mərkəzləri, otellər, səhiyyə və təhsil müəssisələri, həmçinin dövlət qurumlarının tikintisi, təmiri və layihələndirilməsi üzrə tam xidmət göstəririk.
Bəli, müasir PVC pəncərə və qapı sistemlərinin quraşdırılması, ikiqat və üçqat şüşəli enerji-səmərəli şüşə paketlərinin tətbiqi, həmçinin balkon və lojiyaların tam və ya qismən şüşələnməsi xidmətlərini göstəririk.
Əsas fəaliyyətimiz Bakı şəhəri və ətraf əraziləri əhatə edir. Sumqayıt və digər bölgələrdə də layihələr həyata keçirmişik.
Layihənin müddəti onun həcmindən asılıdır. Kiçik təmir işləri bir neçə həftə, böyük tikinti layihələri isə bir neçə ay çəkə bilər. Dəqiq müddət ilkin qiymətləndirmə zamanı müəyyən edilir.
Bəli, bütün görülən işlərə zəmanət veririk. Zəmanət müddəti işin növündən asılı olaraq dəyişir və müqavilədə dəqiq göstərilir.
Qiymət layihənin həcmi, istifadə olunacaq materiallar, mürəkkəbliyi və müddətə əsasən hesablanır. İlkin qiymətləndirmə üçün bizimlə əlaqə saxlayın.
Layihəniz barədə danışmaq üçün müraciət edin — tez bir zamanda cavab verəcəyik.
Ofisimiz Bakı şəhərinin Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv ünvanında yerləşir.